SON DƏQİQƏ

Timur Bayramov: Qalib gələn kimi valideynlərimə zəng vurdum

Tarix:16-05-2017, 16:47

Qalib gələn kimi valideynlərimə zəng vurdum. Onlar Rusiyanın Voronej vilayətində yaşayırlar, buraya gələ bilmirlər. Mən tez-tez onları görməyə gedirəm. Ata-anam üçün çox darıxıram. İdmana həvəsim məni burada onlarsız qalmağa məcbur edir.

 

SonXəbərlər-in məlumatına görə, bu fikirləri IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən kişi idman gimnastikasında paralel qollarda hərəkətlər üzrə bürünc medal qazanmış azərbaycanlı atlet Timur Bayramov AZƏRTAC-a müsahibəsində söyləyib.

 

Qızıl medal qazanmaq arzusunu bildirən T.Bayramov sentyabrda keçiriləcək Dünya Çempionatına daha ciddi hazırlaşacağını və Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcəyini vurğulayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN