Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar.
SonXəbərlər-in məlumatına görə, idmançımız Samir Nəbiyev kürəitələmə yarışında bütün rəqiblərini qabaqlayaraq çempion adına sahib olub.
İran təmsilçiləri Cavid Şakib Ehsani və Cavad Dalakeh müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.