SON DƏQİQƏ

Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçirilib

Tarix:4-05-2017, 10:47

Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Final uğrundakı ikinci mübarizədə “Yuventus”la “Monako” üz-üzə gəliblər.

 

Hər iki komanda cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, “Monako” Fransa çempionatında, “Yuventus” isə İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir. 

 

ÇL-in qrup mərhələsində “Bayer”, “Tottenhem” və Moskva MOİK-ini qabaqlayaraq, birinci pillənin sahibi kimi 1/8 finala adlayan “Monako” bu mərhələdə “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. Knyazlıq klubu 1/4 finalda isə Dortmund “Borussiya”sından güclü olub.

 

“Yuventus” isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. “Sevilya”, “Lion” və Zaqreb “Dinamo”su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn “qoca sinyora” 1/8 finalda “Porto”nu (2:0, 1:0), ¼ finalda isə “Barselona”nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.

 

Bu görüş isə turinlilərin qələbəsi ilə yekunlaşıb. İtaliya təmsilçisi Qonzalo İquaynın hər hissədə vurduğu bir qolla səfərdən rahat qələbə ilə dönüb. Qələbə "Yuventus"un finala olan ümidlərini bir xeyli artırıb.

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

3 may

 

“Monako” (Fransa) – “Yuventus” (İtaliya) - 0:2

Qollar: İquayn, 29, 59

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN