SON DƏQİQƏ

Sarri "Yuventus"un tarixinə düşdü

Tarix:17-02-2020, 21:01

A Seriyasının 24-cü turunda evdə "Breşiya üzərində qələbə (2:1) "Yuventus" üçün əlamətdar olub.

Sonxeberler.info goal.az-a istinadən xəbər verir ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda bu mövsüm 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis "Yuventus"un tarixində bu uğura imza atan ikinci məşqçidir. Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə Karlo Parola olub.

Qeyd edək ki, "Yuventus" 57 xalla turnir cədvəlində liderlik edir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN