SON DƏQİQƏ

İspaniya Superkubokunun püşkü atılıb

Tarix:11-11-2019, 21:40

İspaniya Superkubokunun püşkatma mərasimi keçirilib.

APA-nın məlumatına görə, yarımfinal mərhələsində “Real” “Valensiya”, “Barselona” “Atletiko” ilə üz-üzə gələcək.

Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Superkubokun finalı ayın 12-də baş tutacaq.

Qeyd edək ki, ilk dəfə 4 komandanın iştirakı ilə keçiriləcək Superkubok matçları Səudiyyə Ərəbistanında təşkil olunacaq. Üç il yarışa ev sahibliyi edəcək asiyalılar buna görə 120 milyon avro ödəyiblər.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN