SON DƏQİQƏ

“Qarabağ” uduzub, Azərbaycan yerində qalıb, Kipr irəliləyib

Tarix:8-11-2019, 11:41

Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.

APA-nın məlumatına görə, Çempionlar Liqasında 16, Avropa Liqasında 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklər 15-19-cu yerlərdə qərarlaşan ölkələri əhatə edib. Azərbaycan çempionu “Qarabağ” üzərində 2:1 hesablı əzmkar qələbə qazanan APOEL-in sayəsində Kipr 15-ci sıraya yüksəlib. Bu mövqe isə avrokuboklarda 4 deyil, 5 komanda ilə təmsil olunmaq hüququ verir.

Kipr kimi Xorvatiya 1, Şotlandiya isə 2 pillə irəliləyib. Yunanıstanla Serbiya isə 2 addım geri düşüb.

Azərbaycanın mövqeyi isə dəyişməyib. “Qarabağ”ın Avropa Liqasında APOEL-ə uduzması əmsalımıza xal gətirməyib. Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür.

Azərbaycan bununla da Avropada 26-cı sırada qalıb. Hərçənd “Qarabağ” heç-heçə etsəydi Qazaxıstanı (18,750) əlavə göstəricilər görə, qalib gəlsəydi həm də Belarusu (18,875) keçərək irəliləyəcəkdi.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb – 92,140.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN