SON DƏQİQƏ

“Selta” baş məşqçisini istefaya göndərib

Tarix:4-11-2019, 20:21

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, “Selta” klubu Fransisko Eskribanı istefaya göndərib.

Çalışdırıcı ilə birlikdə bütün məşqçilər korpusu klubu tərk edib. Buna çempionatdakı uğursuz nəticələr səbəb olub.

Dünən “Xetafe”yə 0:1 hesabı ilə uduzan Viqo təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini alıb. 12 turdan sonra komanda 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, F.Eskriba bu ilin martında baş məşqçi təyin olunmuşdu.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN