SON DƏQİQƏ

Bu gün "Tofiq Bəhramov" tam dolacaq – 30 min azarkeş

Tarix:13-08-2019, 11:55

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Qol.az xəbər verir ki, Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN