SON DƏQİQƏ

“Geomaqnit qasırğası zamanı iş rejimində dəyişiklik nəzərdə tutulmayıb”

Tarix:26-10-2017, 11:30

Sahib Məmmədov: “Bununla bağlı hər hansı qanun, göstəriş yoxdur”

 

İki gündür ki, geomaqnit qasırğası başlayıb. Məlumdur ki, geomaqnit dalğalarından ən çox meteohəssas insanlar əziyyət çəkirlər. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna aid insanlar - xroniki ürək-qan-damar xəstəlikləri olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Həkimlərin dediyinə görə, bu dalğalar bioloji hüceyrələrin iş prosesini pozur, qan təzyiqini yüksəldir və insanı haldan-hala salır. Bu üzdən onlar geomaqnit qasırğası zamanı açıq havada olmağı məsləhət görmür, mümkün qədər qapalı məkanda, ev şəraitində qalmağı tövsiyə edirlər.

Qeyd edək ki, kifayət qədər insanlar var ki, onlar açıq hava şəraitində çalışır və ya evlə iş arasında uzun bir yol getməli olurlar. Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu müsbət 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. Həmçinin, havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

 

Картинки по запросу Geomaqnit qasırğası

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır.

Maraqlıdır, bəs geomaqnit qasırğaları baş verən zaman iş qrafikində hansısa dəyişiklik olmalıdırmı?

Картинки по запросу Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bununla bağlı hər hansı qanun olmadığını bildirdi: “İsti, soyuq və küləkli hava şəraitinə görə açıq yerdə işləyənlər üçün müəyyən temperatur həddinə çatdıqda, endikdə və ya qalxdıqda bu, xüsusi qaydalarla tənzimlənir. Əmək Məcəlləsinin tərkib hissəsi olan xüsusi qaydalar var. Bu qaydalar Əmək Məcəlləsində göstərilib. Hidrogen proseslər, Günəş şüaları nəticəsində yaranan maqnit qasırğası və yaxud digər hadisələrlə bağlı heç bir tənzimləmə yoxdur. Bu, o deməkdir ki, geomaqnit qasırğası zamanı əmək qanunvericiliyi ilə hansısa iş qrafikində bir dəyişkənlik nəzərdə tutulmur. Amma həmin zaman kiminsə səhhətində problem yaranarsa, o, müəssisənin aid olduğu və yaxud özünün yaşadığı poliklinikaya müraciət edib, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı kimi ambulator müalicə və buna görə xəstəlik kağızı ala bilər. Başqa bir hal nəzərdə tutulmayıb”.

Qeyd edək ki, geomaqnit qasırğasının oktyabrın 26-dək davam edəcəyi gözlənilir. Hazırda geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Geomaqnit qasırğasının maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN