Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Beştəpədəki prezident iqamətgahında keçirilir.
Məlumata görə, dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.
Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb.