Sosial şəbəkələrdə Naxçıvanda 4 yaşlı qızı zorlayan 23 yaşlı gəncin yerli əhali tərəfindən cəzalandırılması haqda məlumat yayılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin bölmə rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyulun 30-da 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov 2013-cü il təvəllüdlü qızı zorlayıb.
Faktla bağlı Culfa Rayon Prokurorluğunda cinayət işi başlanılıb və istintaq davam etdirilir.
İ.Babayev qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədova qarşı yerli sakinlər tərəfindən hər hansı cəza verilməsi haqda onlarda məlumat yoxdur.
Qeyd edək ki, yayılan məlumata görə, Ə.Məmmədov toyda spirtli içki qəbul etdikdən sonra azyaşlı qızın başını aldadaraq kənara aparıb və zorlayıb.