SON DƏQİQƏ

Rusiya ABŞ-a qarşı hansı əks-sanksiyalar tətbiq edə bilər?

Tarix:28-07-2017, 16:12

Rus ekspertlər ümidsizliklə əllərini yelləyirlər: Rusiyanın ABŞ-a cavab tədbirləri görməyə gücü yoxdur

Bütün dünya ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaları gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsindən danışır.

Qanun layihəsinin ən böyük özəlliyi onun ABŞ prezidentini iki ölkə arasında münasibətləri düzəltmək yolunda cəhdlərini heçə endirməsidir.
Moskvada artıq Trampın vəziyyəti dəyişəcəyi ilə bağlı ümidlər tükəmək üzrədir. Bunu rusiyalı rəsmilərinin açıqlamalarından da görmək mümkündür. Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Konstantin Kosaçev facebook səhifəsində bunları yazıb: “Ümid ən sonda ölür deyirlər. Lakin ümid artıq ölüb. Münasibətlərin düzəlməsində nəinki irəliləmə, heç normallaşmanın olması da mümkün görünmür”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə yeni qanunu Rusiyanı şüurlu surətdə düşmənə çevrirmək aktı kimi dəyərləndirib və Vaşinqtonu təhlükə mənbəyi adlandırıb.

Картинки по запросу sergey ryabkov

Sergey Ryabkov

Rusiyada indidən sanksiyalara qarşı əks sanksiyalar barədə fikirlər səsləndirilməyə başlanılıb.

Lakin rusların bu məsələdə ABŞ-a vura biləcəyi ziyan sonuncunun onlara qarşı görə biləcəyi tədbirlər qarşısında cüzi səviyyədə ölçülür.

Rusiyalı ekspertlər bu sanksiyaların simmterik (yəni ABŞ-ın sanksiyalarına müvafiq-red.) və assimmetrik (cavab tədbirlərindən kənar-red.) ola biləcəyini söyləyirlər.

Simmetrik tədbirlər sırasında ABŞ-ın Vaşinqtonda Rusiya səfirliyinə məxsus mülkləri zəbt etməsinə və rusiyalı diplomatları ölkədən qovmasına cavab olaraq ABŞ səfirliyinin Moskvada “Serebryanıy Bor” meşəsindəki bağ kompleksinin əlindən alınması, habelə səfirliyin 35 diplomatının qovulması (son məlumata görə Rusiya bu addımı artıq atıb-red.) ola bilər.

Картинки по запросу us embassy moscow серебряный бор

ABŞ-ın Rusiyadakı səfirliyinin binası

Qeyri-simmetrik cavabda ağla ilk diplomatik sahə gəlir. Rusiya Suriya problemində ABŞ-la kövrək əməkdaşlığı bitirə və Vaşiqntonun çox ümid etdiyi Şimali Koreyaya təzyiq məsələsində köməklik göstərməyə bilər.

Digər sahələrə gəlincə, Moskvanın imkanlarının dar olduğunu ruslar da etiraf edir. Lakin Rusiya mətbuatı bəzilərini sadalamağa cəhd edib.
Bunlardan ən birincisi iqtisadi-ticarət münasibətləridir. Ruslar amerikalıları (ən azı mətbuat vasitəsilə) RD-180 mühərriklərini satmamaqla və beynəlxaq kosmos stansiyasından qovmaqla qorxudurlar.

Lakin bu məsələ rus iş adamlarının və alimlərin istehzasına səbəb olub. Rusiya Kosomanvtika akademiyasının müxbir üzvü Andrey İoninin fikrincə, Moskva belə bir addım atarsa öz ayağına güllə sıxmış olacaq. Çünki Rusiyanın kosmik raketlərinin mühəriklləri ABŞ şirkətlərinin raketlərinə quraşdırılıb.

Картинки по запросу USA Russia MKS

Beynəlxalq kosmik stansiya

Rusiyanın ABŞ-ın maşınqayırma və yüksək texnoloji avadanlıqlara qoya biləcəyi sanksiyalar da yalnız nəzəri cəhətdən gözdən keçrilir. Çünki rusların əlində bunları əvəz edə biləcək demək olar ki , heç nə yoxdu..

Mətbuatın yazdığına əsasən Rusiyanın idxaldan çox ixracatı azaltmaqla vura biləcəyi ziyan daha böyükdür. Burada, əlbəttə, gözə çarpan ilk sahə enerji daşıyıcıları ilə bağlıdır. Enerji daşıyıcıları Rusiyanın ABŞ-a ixracatının 35%-ni təşkil edir.

Lakin rusların ən böyük rıçaqı zənginləşdirilməiş uran məhsulu (ZUM) ilə bağlıdır. ABŞ-ın uran bazarının, demək olar, 95%-i Rusiyanın “Texsnabekport” (TENEX) şirkətinin əlindədir.

Картинки по запросу техснабэкспорт США

Bundan başqa, ruslar titan ixracatında ABŞ-da mühüm paya malikdirlər. ABŞ Rusiyanın titan nəhəngi “VSMPO-AVISMA” korporasiyasının əsas bazarıdır (50% və xarici ixracatın 48%-i). Korporasiya aviasiya divi “Boinq”in təyyarə istehsalında həyati önəm daşıyan titan ehtiyacının üçdə birini ödəyir.

Картинки по запросу всмпо-ависма Boeing

Rusların aliminium ixracatını durdurmaq istəyi də fəlakətlə nəticələnə bilər. ABŞ “Rusal”ın satışlarında 25%-lik sabit paya sahibdir.
Eskpertlər iqtisadi müharibənin ilk qurbanlarının ABŞ-ın Rusiyada fəlaiyyət göstərən məşhur brendləri ola biləcəyini ifadə edirlər.

İlk növbədə təkcə Moksvada 126 (Rusiyanın özündə 586) restorana sahib “Makdonalds”, Rusiyanın “Çudo” və “Domik v derevne” kmi brendlərinə sahib PepsiCo, həmçinin şirniyyat bazarında mühüm paya sahib “Mondelez” və “Mars” (53%) kimi şirkətlərin adlarını çəkmək olar.

Картинки по запросу mcdonalds moscow

Lakin bu şirkətlərin Rusiyada fəaliyyətini dayandırılması onsuz da ağır olan iqtisadi vəziyyəti daha da acınacaqlı vəziyyətə sala bilər Elə onu demək kifayətdir ki, yalnız “Makdonalds” şirkəti 50 mindən çox Rusiya vətəndaşını işlə təmin edir.

Virtual bazarda Rusiya nəzəri olaraq Google, Facebook, Apple, Adobe və Microsoft kimi dünya markalarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edə bilər. Di gəl, Rusiyanın dövlət sifarişlərinin döddə üçü Microsoft-un təqdim etdiyi elektron xidmətlər sayəsində həyata keçirilir.

Картинки по запросу Google, Facebook, Apple, Adobe Microsoft

Dərman sahəsində ABŞ-ın Rusiyaya böyük sərmayəsi mövcuddur. Təkcə 2016-cı ildə ABŞ Rusiyaya 560 milyon dollar dəyərində dərman ixrac edib. ABŞ-ın Abbot Laboratories şirkəti 2014-cü ildə Rusiyanın iri dərman istehsalçısı “Verofarm”ı satın alıb. “Eli Lilly” və “Pifizer” Rusiyanın “Rosnano” şirkətinə mənsub “Novamedika” şirkəti ilə birlikdə Kaluqa vilayətində inyeksiya preparatlarının istehsalı üzrə zavod inşa edir.

Картинки по запросу abbott laboratories verofarm

Mütəxəssislərin gəldiyi ümumi rəyə əsasən bütün bu şirkətlərin fəaliyyətinin məcburi qaydada dayandırılması Rusiyadakı investisiya mühitinə ağır zərbə endirəcək və yalnız ABŞ-da deyil, digər Qərb ölkələrində sərt reaksiyalara səbəb olacaq.

ABŞ-la tammiqyaslı iqtisadi müharibəyə girmək isə böyük ölçüdə neft və qazdan asılı olan və dünya ÜDM-nin sadəcə 2,2%-ni təşkil edən Rusiya iqtisadiyyatının imkanları xaricindədir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN