SON DƏQİQƏ

Qarabağ Ağsaqqallar Şurasının bəyanat yaydı

Tarix:7-07-2017, 16:30

Qarabağ Ağsaqqallar Şurası son günlərdə cəbhəyanı bölgədə baş verən hadisələrlə bağlı bəyanat verib.

SonXəbərlər-in verdiyi xəbərə görə, həmin bəyanantda deyilir:

"İyulun 4-də Ermənistan ordusu qüvvələrinin Azərbaycan qoşunları ilə təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutaraq, biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki nəfəri həlak edib, bir nəfəri yaralaması və əhalinin mülkiyyətinə xeyli zərər yetirməsi ilə bağlı olaylar xalqımızın əksər kəsimi kimi, Qarabağ ziyalılarını və Qarabağ ağsaqqallarını da ciddi narahat etməkdədir. 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayan, BMT Təhlükəsizlik Şurası qətnamələrini lüzumsuz kağız parçası sayaraq, beynəlxalq qanunvericiliyi heç bir məsuliyyət hiss etmədən illərlə pozan soyqırımçı kiçicik bir terror dövlətini bu qədər cəsarətləndirən kimlərdir?! – Aydındır ki, hələ 300 il bundan öncə erməniləri Qafqaza köçürən, sonra onlara burada dövlət quran, bu günsə öz forpostu edən, bununla da Qafqaza, İran və Türkiyəyə öz aktiv təsir imkanlarını qoruyub saxlamağa çalışan Rusiyadır. Bu həmin Rusiyadır ki, 1920-ci il Arpel Çevrilişindən sonrakı yay dönəmində “Zəngəzur Azərbaycanın tərkibinə qatılmalı, ancaq orada ermənilərə muxtariyyət verilməlidir” dedikdən az sonra Türkiyəyə qarşı yunanların yeni işğal hücumlarından sui-istifadə edərək Zəngəzuru tutdu, sonra Ermənistana verdi... Zəngəzur da təbii, bu gün Ermənistan üçün “xilas kəməri” rolunu oynayır. Xocalıda Ermənistanla soyqırımçı suç ortağı olan Rusiya ermənilərin əl-qolunu daha da açmaq, onlardan həmçinin Ahalkələkdə Gürcüstana qarşı istifadə etmək üçün Ermənistana ikinci bir “xilas kəməri” – separatçı rejimlər üzərindən Rusiyaya (qeyri-rəsmi) çıxış korudoru açmağa çalışır. Qarabağ məsələsi üçün “ədalətli həll paketi” çərçivəsində öz sülhməramlılarını Qarabağa yerləşdirmək niyyətində olan şimal qonşumuz sonluğu hər şeyi öz əlində cəmləməkdə görür. Təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə Rusiyanın (Ermənistana qarşı bəzi taktiki xarakterli iradlar səsləndirməsi ilə yanaşı) erməniləri israrla himayə etməsi bölgədə yeni fəlakətlərə yol aça bilər... Həmsədr dövlətlərin bu yarıaçıq-yarıgizli dəstəyindən sui-istifadə edən erməni millətçiləri də çox zaman təxribata əl ataraq faciələr törədərkən hadisəni müdafiə tədbiri, dinc sakinlərin yaşadığı mülki nahiyəni isə hərbi nöqtə kimi qələmə verməyə çalışırlar. Füzuli rayonunun Alxanlı kəndinə xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin iştirakı ilə təşkil olunan rəsmi səfər ermənilərin bu tipli növbəti yalanını ifşa etsə də, Azıx Mağarasındakı mədəni irsi saxtalaşdıraraq mənimsəmək üçün oranı işğalda saxlayan Ermənistan riyakar taktikasından çətin ki əl çəkə. Bütün bu qeyri-bərabər şəraitin doğurduğu məhrumiyyətlərə və çətinliklərə baxmayaraq mübariz Azərbaycan xalqının bir parçası kimi Qarabağın taleyini düşünən ziyalı qrupunun təmsil olunduğu Qarabağ Ağsaqqallar Şurası da mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi bitib-tükənməyən hərbi cinayətlərdən hiddətləndiyini bildirir, BMT və digər beynəlxaq qurumları ikili standartlardan əl çəkərək terrorçu dövlətin azğın fəaliyyətlərinə qarşı kəsərli tədbirlər görmyə çağırır".

Qarabağ Ağsaqqallar Şurasının Sədri, BMT yanında Sülh Səfiri Asif Məmmədli

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN