SON DƏQİQƏ

İsti hava şəraiti iyunun 6-dək davam edəcək

Tarix:3-07-2017, 12:40

Ölkə ərazisində iyulun 2-dən etibarən müşahidə olunan isti hava şəraiti ayın 6-dək davam edəcək. Havanın temperaturu Bakı və Abşeron yarımadasında, o cümlədən bəzi rayonlarda 35-40°, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında 41-43°, dağlıq ərazilərdə 27-32° isti təşkil edəcək.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova AZƏRTAC-a məlumat verib.

 

G.Məmmədova, həmçinin rekord göstəricinin (40°) yenilənmədiyini də vurğulayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN