SON DƏQİQƏ

AZAL 918 mln. dollara dörd "Boeing Dreamliner" alır

Tarix:20-06-2017, 16:06

 


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd "Boeing 787-8 Dreamliner" təyyarəsi almaq niyyətini elan edib.

 

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

 

"Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar AZAL-a gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", - dövlət konserninin prezidenti Cahangir Əsgərov bildirib.

 

"Boeing" korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott isə bildirib ki, bugünkü saziş AZAL ilə tərəfdaşlıqda yeni səhifə açır: "Biz əminik ki, bazarda lider olan "Boeing 787-8 Dreamliner" sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək".

 

AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşıyıb.

 

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN