SON DƏQİQƏ

Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur

Tarix:15-06-2017, 12:25

Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

 

Gəncədə dislokasiya olunmuş və başında Sürət Hüseynovun durduğu 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

 

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC iqtidarı kömək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. Heydər Əliyev iyunun 9-da Bakıya gəlib. Gəncədə aparılan danışıqlardan sonra qiyamçılar silahlarını yerə qoyurlar. 

 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 

 

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN