SON DƏQİQƏ

Bakı-Sumqayıt qatarının HƏRƏKƏT CƏDVƏLİ yenə dəyişdi

Tarix:12-06-2017, 12:00

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

O qeyd edib ki, dəyişiklik, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işlərilə bağlıdır:

 

“27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib”.

 

S.Qədirova deyib ki, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN