Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə, eləcədə ölkə daxilində turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SonXəbərlər-ə verilən məlumatda bildirilir ki, səyahətə gedənlər diqqətli olmalıdırlar: "Əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə xarici ölkələrə və ölkə daxilində səyahətlərini təşkil edərkən turist vauçerini və “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər."
Nazirlik əlavə olaraq bildirir ki, vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşərlərsə, Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.