Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.