SON DƏQİQƏ

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

Tarix:26-05-2017, 11:35

“Hər il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlərin sayı ilə bağlı rəqəmlər müəyyən olunur. Bu il üçün də dövlət sifarişli yerlərin sayı bizə verilib”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə AzTV-də “Günün nəbzi” verilişində deyib.

 

O bildirib ki, özəl ali məktəblərdə olan vakant yerlər barədə hələlik məlumatlar daxil olmayıb: “Ümumi yerlərin sayı bu il üçün elə də dəyişməyib. Ola bilsin ki, yerlərin ümumi sayı dəyişməsin, lakin müəyyən ixtisaslar üzrə hansısa dövlət sifarişli yerlər çoxala bilər”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN