Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir.
Bu barədə məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanunun 53-cü (Həkim sirri) maddəsinə təklif olunan dəyişikliyə əsasən, həkim sirri təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilməsi halları artırılır. Belə ki, həkim sirri təşkil edən məlumat (vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan) həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə də verilə bilər.