"Avrasiya tikinti korporasiyası EVRACON" ASC beşinci aydır, işçilərə əmək haqqı vermir. Səbəb vəsaitin olmamasıdır, deyə şirkətin Müşahidə Şurasının üzvü Namik Kərimli Turan-a bildirib.
"Maaşlar gecikmə ilə verilir. Bu, Azərbaycandakı və xaricdəki layihələrə aiddir", deyə EVRACON təmsilçisi qeyd edib.
Bu gün KİV-də yayılan məlumata görə, Ələt-Astara yolunun tikintisi layihəsində iştirak edən işçilər maaşların verilməməsi ilə bağlı xəbərdarlıq tətili keçirib. N.Kərimli deyib ki, bu barədə məlumatı yoxdur.
EVRACON ASC-də 3 minə qədər işçi çalışır. Mühəndis-texniki tərkib nəzərə alınmadan orta aylıq maaş 700 manata yaxındır.
Korporasiyanın səhmdarlarının sırasında baş nazirin müavini Abid Şərifovun ailə üzvləri var.