SON DƏQİQƏ

Binəqədi polisi əməliyyat keçirib...həbs olunan var!

Tarix:30-09-2024, 10:00

Xaricdə yaşayan siyasi fəal Hüseynov Ağaəli Mehman oğlunun ailə üzvlərinə qarşı Azərbaycanda təzyiqlərin davam etdiyi iddia olunur.

Məlumata görə, hüquq-mühafizə orqanları ölkə xaricində olan fəalı susdurmaq üçün onun yaşlı atasını polis idarəsinə apararaq fiziki və psixoloji təzyiqlərə məruz qoyublar.

27 sentyabr 2024-cü il tarixində Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının heç bir rəsmi sənəd təqdim etmədən siyasi fəalın Biləcəri qəsəbəsindəki yaşayış evinə gələrək axtarış apardıqları bildirilir. Daha sonra isə fəalın atası Hüseynov Mehman Ağaəli oğlu polis idarəsinə aparılıb.

Atasının sözlərinə görə, polis idarəsində ondan xaricdə yaşayan oğluna zəng etməsi tələb olunub. O, bunun mümkün olmadığını bildirdikdə isə saatlarla davam edən təzyiqə məruz qalıb. İddia olunur ki, istintaqçılar ona açıq şəkildə xəbərdarlıq ediblər: əgər oğlu tezliklə ölkəyə qayıdaraq “təslim olmazsa”, məcburi şəkildə Azərbaycana gətiriləcək.

Hüseynov Mehman Ağaəli oğlu bir gün qanunsuz olaraq saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hüquq müdafiəçiləri bu hadisəni “ailə üzvləri üzərindən təzyiq mexanizmi” kimi qiymətləndirir və beynəlxalq təşkilatları baş verənlərə reaksiya verməyə çağırırlar.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN