16.09.2025-ci il tarixində, siyasi fəal, Dadaşova Günay Ziyafət qızının Zabrat qəsəbəsində yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 1 saat axtarış aparıldıqdan sonra, Dadaşova Günayın qardaşı, Dadaşov Mehdi polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Sabunçu RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Dadaşov Mehdi polis idarəsində olarkən, ondan bacısı, Dadaşova Günay barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Dadaşov Mehdi, bacısı ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir. Dadaşov Mehdi polis idarəsində olarkən bacısı, Dadaşova Günayın axtarışda olduğu barədə məlumat verilmişdir. Sabunçu RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Dadaşov Mehdi polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Dadaşova Günay Ziyafət qızı, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün övladları ilə birgə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Sabunçu rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.
Icxeber.info