SON DƏQİQƏ

Oğuz rayonunda etiraz aksiyası keçirilib... Həbs olunanlar var!

Tarix:22-09-2021, 11:30

Icxeber.info-ya istinadən xəbər veririk ki, sentyabrın 20-də Oğuz rayonunda etiraz aksiyası keçirilib.

Oğuz rayonundakı mənbələrdən Icxeber.info-ya verilən məlumata görə, kənd sakinlərinə məxsus torpaq sahələri dövlət orqanları tərəfindən mənimsənilərək, həmin ərazidə qanunsuz tikinti aparılmışdır.

Bu səbəbdən kənd sakinləri toplaşaraq kəndin mərkəzi yolunu bağlayıb avtomobillərin gediş-gəlişinə maneələr törətmiş, həmçinin ərazidə qanunsuz tikinti aparan dövlət texnikalarını daşlayaraq, onların fəaliyyətinə maneələr yaratmağa çalışmışdırlar. Aksiya 1 saata yaxin davam etmişdir.

Aksiyada təxminən 40 nəfər iştirak etmişdir. Bundan sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri aksiyanı dağıdıb.

Bir neçə nəfərin saxlanıldığı deyilir. Saxlanılanlar içərisində Natiq  Qasımov, Rzayev Elsevər, Rəsul Qasımov, Araz Hacıyev, Eldar Eyyubov və digər kənd sakinlərinin olduğu deyilir. Bunlardan 20 nəfər bu bağlarin sahibləri, qalanları isə onlari dəstəkləyən kənd sakinləridir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN