SON DƏQİQƏ

Siyasi fəalın qardaşı həbs olundu...

Tarix:18-02-2025, 10:30

İcxeber.info-nun verdiyi məlumata görə, Avropada yaşayan siyasi fəal, Qafarov Əliağa Şirvan oğlunun Sumqayıt şəhərində yerləşən ünvanına 16.02.2025-ci il tarixində, bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Qafarov Əliağanın qardaşı, Qafarov  Elşən polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Sumqayıt ŞPİ-nə aparılmışdır.

Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Qafarov Elşən polis idarəsində olarkən, ondan qardaşı, Qafarov Əliağa barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Qafarov Elşən, qardaşı,  Qafarov Əliağa ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.

Polis idarəsində olarkən, Qafarov Elşənə qardaşı, Qafarov Əliağanin axtarışda olduğu barədə məlumat verilmişdir. Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən dindirilən, Qafarov Elşən polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. O, təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.

Əlavə məlumat üçün qeyd edək ki, Qafarov Əliağa Şirvan oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Sumqayıt şəhər polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN