SON DƏQİQƏ

Avropada yaşayan siyasi mühacir Toğrul Mənəfovun evində polislər axtarış aparıb

Tarix:22-01-2025, 14:00

"Icxeber.info" portalına əsasən xəbər veririk ki, 21.01.2025- ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi mühacir, Mənəfov Toğrul Müqamət oğlunun, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən mənzilinə bir neçə polis əməkdaşı gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Mənəfov Toğrulun həyat yoldaşı, Mənəfova Fərqanə polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Xətai rayon Polis idarəsinə aparılmışdır.

Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Mənəfova Fərqanə polis idarəsində olarkən, ondan həyat yoldaşı, Mənəfov Toğrul barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Mənəfova Fərqanə, həyat yoldaşı ilə heç bir telefon əlaqəsi olmadığını və hal-hazırda həyat yoldaşının harada olmağı barədə heç bir məlumatının olmadığını polis əməkdaşlarına bildirmişdir.

Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən dindirilən, Mənəfova Fərqanəyə qarşı fiziki və psixololoji təzyiqlər olunmuşdur. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra Mənəfova Fərqanə sərbəst buraxılmışdır.

Əlavə məlumat üçün qeyd edək ki, Mənəfov Toğrul Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Xətai rayonu polis idarəsi ilə telefon əlaqəsi saxlanılmağına baxmayaraq, zənglərə cavab verən olmamışdır.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN