SON DƏQİQƏ

15 - İyun Qurtuluş gününün Qurban bayramı ilə yanaşı düşməsi Allahın bir nişanəsidir.

Tarix:16-06-2024, 17:15

15 - İyun Qurtuluş gününün Qurban bayramı ilə yanaşı düşməsi Allahın bir nişanəsidir.
Belə ki, bu il Azərbaycanda Cop – 19 beyəlxalq səviyəli iqlim dəyişliyi tədbiri ilə yanaşı, ölkə taleinin ən mühüm seçkilərindən biri Parlament seçkilərinin keçiriləcəyi ildir. 
15 - İyun Qurtuluş Günü.
15 - İyun xalqımızın qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rolu olan, daim xalqa arxalanan və özü də xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. 
Ulu öndər 15 - İyun Azərbaycan Ali Sovetinin sədri seçilərək, xalqın qurtuluşu missiyasını cəsarətlə  üzərinə götürdü.
Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafı bir fakdıt. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş verən sosial -iqtisadi və siyasi inkişafı, dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olub, 1997 - ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.`
 Milli Məclisin 15 - İyun 1993 - cü ildə keçirilən iclasda, Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib, sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Ümummilli Liderin iradəsi sayəsində, Azərbaycanın inkişafını reallığa çevrildi.
 
QURBAN BAYRAMI
Qurban bayramı islam 
aləmində 2 bayramdan biridir. İslamda cəmi iki bayram -Qurban bayramı və Orucluq bayramı var. Qurban bayramı islam dininin ən vacib sayılan Quranın tələb etdiyi bir aindir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman Hicri-qəməri təqvimi 12 - ci ayı olan Zilhiccə ayının 10 - cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. 
Qurban bayramı 2 gün qeyd olunur.  Bayramınız mübarək!..
Hörmətlə: Gəncə Dövlət UniversitetininTədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu.
Bizdə redaksiyamızın adından Gəncə Dövlət UniversitetininTədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğluna uzun ömür, can sağlığı və bol ruzi arzu edirik.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN