Novruz bayramıYeni Gün bayramı,Bahar bayramı mənasını daşıyan Qədim Türk mənşəli xalqlara məxsus bayramdır.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə - gündüzün bərabərliyi günündə 21 - mart tarixindən 25 - mart tarixiə qədər keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayib, bu münasibətlə şənliklər keçirib, Novruz bayramını yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan çox şərq ölkələrində baharın - yeni ilin gəlməsini şənliklərlə qarşılayırlar. 21 - Martın İran və Əfqanıstanda rəsmi təqvimin ilk günüdür.
2009 - cu il 30 - sentyabr tarixində Novruz bayramı YUNESKO tərəfindən qeyri - maddi mədəni irs siyahısına daxil edilib, 23 - fevral 2010 - cu ildə isə BMT Baş Assambleyasının 64 - cü sessiyasının iclasında 21 - mart "Beynəlxalq Novruz Günü" elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi üçün qeyri - iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət - ənənələrini, bayramlarını qeyd etməyə başlayıb. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət - ənənələri, oyunları indiyədək saxlayıb.
Azərbaycanda Novruz.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərir. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, bayramının yaranma səbəbləri, bu bayram münasibətilə xalq arasında yayılan adət - ənənələrdən bəhs edib, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunuda qeyd edib.
Nizamülmülk"Siyasətnamə" əsərində Novruz bayramının yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aiddir.
Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu