SON DƏQİQƏ

Xalqımızın fədakar ziyallısı İsayev Ruslan Əlixan oğlu

Tarix:26-03-2024, 12:34

Əziz oxucular!..
Daxili İşlər Nazirliyində çalışan qeyrətli övladlarımız, gündəlik vəzifələrini icra edərək xalqımızın əsaişinin keşiyində dürüblar. Bu mühim vəzifələri ilə ölkədə hava şəraiti, atışma, partlayış, yanğın və bu kimi hadisələrdən nə baş verirsə - versin, heç bir olaydan aslı olmadan, qəhrəmancasına öz vəzifələrini yerinə yetirib, sabitliyi qoruduqlarının dəfələrlə canlı şahidi olmuşuq. Hər an həyatları təhlükə altında olduğu halda belə, vəzifə borclarını yerinə yetirməklə xalqına və vətəninə həyatı boyu xidmət göstərirlər. 
“Oğul var ölüb gedir, oğul da var ki, eldən gedir” atalar misalı ilə vəzifə borcunu yerinə yetirən polis nəfərlərimiz, bu dünyadan köçməsinin səbəbindən aslı olmadan eldən gedən bir itkidir.                                
Səmimiyyəti, səbri və düzgünlüyü ilə seçilən polislərimiz, hər zaman hər kəsə yardım etməyə hazır olan xasiyyətləri ilə cəmiyyətdə mehriban, gülər üz və özgüvənlikləri ilə seçilir. 
Çox zaman atanın yolunu davam edən övlardlara cəmiyyətimiz, atanın gözəl oğlu kimi qiymətləndirilir. Bu oğullardan biridə, hazırda Kürdəmir Rayon Dövlət Yol Polisi, yol - patrul xidməti bölüyünün komandiri, polis mayoru İsayev Ruslan Əlixan oğludur.
Atası İsayev Əlixan kişi, həyatı boyu Daxili İşlər Nazirliyinin  əməkdaşı kimi, xalqına və vətəninə xidmət edən bir igid olub. Uzun müddət Ucar Rayon Polis şöbəsinin rəis müavini vəzifəsində çalışıb. Hər zaman xalqına dayaq olan. çorək verən, gülər üz, mehriban xasiyət sahibi olsada, düşmənə və cinayətkarlara qarşı amansızlığı ilə seçilən şəxsiyyətlərdən biri olub. Allah ona uzun ömür və can sağlığı versin.
Bu gün atasının peşəsini laiqincə davam edən Kürdəmir Rayon Dövlət Yol Polisi, yol - patrul xidməti bölüyünün komandiri, 
polis mayoru İsayev Ruslan Əlixan oğlu Azərbaycanın tanınıb sayılan hörmət sahiblərindən biridir. Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin siyası kursuna, Azərbayycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin uzaq görən siyasətinə və Daxili İşlər Naziri Vilayət Eyvazavun idarə etmə siyasəntinə sədaqətlə bağlıdır. Atası İsayev Əlixan kişi kimi, əli və ürəyi açıq, mehriban, gülərüz, yardım sevər, çörək verən bir igiddir. Mətbuat nümayəndələri ilə də gözəl münasibəti var. 
Bizdə redaksiyamızın adından, on bir ayın soltanı olan Ramazan ayı xatirinə Allahdan, Kürdəmir Rayon Dövlət Yol Polisi, yol - patrul xidməti bölüyünün komandiri,polis mayoru İsayev Ruslan Əlixan oğluna, uzun ömür, can sağlığı, bol ruzi diləyi ilə işlərundə daha çox müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə Əli Rza Muxtar.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN