SON DƏQİQƏ

Təsəlli

Karikatura

Afiəddin Məmmədov səhhətindən şikayət edir

Tarix:2-12-2023, 20:14

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun sağlamlığında problem yarandığı bildirilir.
Vəkil Zibeydə Sadıqova bildirib ki, A.Məmmədov sümüklərin və bədənin sağ tərəfinin kəskin ağrılarından şikayət edir: “Afiəddin deyir ki, bununla bağlı artıq iki həftədir həkim müayinəsi və müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etsə də, müraciətə baxılmır”.
A.Məmmədov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub. Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
A.Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü – Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir. Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama – küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir. Onların da ittihamları qəbul etmədikləri bildirilir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN