SON DƏQİQƏ

Təsəlli

Karikatura

AŞ PA məruzəçiləri hakimiyyəti Ülvi Həsənlini dərhal azad etməyə çağırıblar

Tarix:25-11-2023, 20:51

Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdidlər” mövzusunda məruzəçisi Hanna Bardell (Böyük Britaniya), AŞPA-nın KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə baş məruzəçisi Mogens Yensen (Danimarka) və AŞPA-nın siyasi məhbuslar məsələsi üzrə baş məruzəçisi Sunna Aevarsdottir (İslandiya) “Abzas Media”  müstəqil onlayn KİV-in təsisçisi və icraçı direktoru Ülvi Həsənlinin həbsi və onunla amansız rəftarla bağlı birgə bəyanatla çıxış ediblər:
“Hökumətdəki korrupsiya barədə reportajlardan sonra onu susmağa məcbur etmək üçün Ülvi Həsənlinin tutulması və həbsdə saxlanılması ilə bağlı dərin narahatlığımızı bildiririk. Bu yaxınlarda Azərbaycan hakimiyyətinin ona qarşı amansız rəftarı barədə xəbərlərdən eyni dərəcədə narahatıq.
Bu il daha öncə cənab Həsənli AŞPA-nın üç komitəsinin Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı birgə dinləmələrində iştirak edib. O, Azərbaycan hakimiyyətinin jurnalistləri və hüquq müdafiəçilərini  necə təqib etdiyindən, onların şəxsi həyatı haqda intim informasiyanı açıqlayaraq onları nüfuzdan salmağa çalışdığını izah bildirib. O həmçinin deyib ki,  etirazçılar və jurnalistlər polisin amansız rəftarına məruz qalır, polis isə öz hərəkətlərinə görə cəzasız qalır. Azərbaycanda qalan bir neçə müstəqil səsdən birinin korrupsiyanı ifşa etdiyinə görə susdurulması üçün hakimiyyət tərəfindən saxlanılması və həbs edilməsi heyrət doğurur.
Təcrübəli araşdırmaçı- jurnalist Həsənli əvvəllər insan hüquqlarının və qanunun aliliyinin müdafiəsinə görə təqiblərə məruz qalıb. Səhhətinin pis olmasına baxmayaraq, orduya çağırılıb, özbaşına saxlanılıb, Azərbaycan polisi onun jurnalist işinə mane olub, etirazlar zamanı qeydə alınan materialların çıxarılmasını əmr edib.
Onu müstəqil reportajlardan çəkindirmək üçün bütün bu tədbirlərə baxmayaraq, Ülvi Həsənli AŞPA komitələrinə bildirib ki, müstəqil jurnalistlər nəyin bahasına olursa-olsun öz obyektiv reportajlarını heç vaxt dayandırmayacaqlar.
Biz hesab edirik ki, Həsənlinin qaçaqmalçılıq şübhəsilə həbsi onun Parlament Assambleyası ilə əməkdaşlığına və hökumət üzvləri arasında korrupsiyaya dair son jurnalist araşdırmasına görə repressiyadır.
Biz hesab edirik ki, onun saxlanamsı və həbsi tənqidçiləri susdurmaq və Azərbaycanda müstəqil səslərə və KİV azadlığına mane olmaq məqsədi daşıyır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən jurnalistlərə və hüquq müdafiəçilərinə və Avropa Şurasına üzv dövlətdə qəbul edilə bilməyən hökumət ssenarisinə əməl etməyən hər kəsə qarşı repressiyalara daha bir nümunədir.
Bu yaxınlarda Azərbaycanda jurnalistin siyasi motivli tutulması ölkə hakimiyyətinin Azərbaycanda ifadə azadlığının dəstəklənməsilə bağlı Avropa Şurası ilə əməkdaşlıq etməkdən imtina etməsi fonunda baş verib.
Biz Azərbaycan hakimiyyətini Həsənlini dərhal azad etməyə, onun əsas hüquqlarını təmin etməyə, Azərbaycanın öhdəliklərinə uyğun olaraq, həbsdə ona qarşı amansız rəftarla bağlı xəbərləri operativ və müstəqil şəkildə araşdırmağa çağırırıq.
Bu tələbin yerinə yetirilməməsi Azərbaycanın Avropa Şurasına üzv olanda üzərinə götürdüyü və Avropa Şurasının üzvü olduğu müddətdə onun üçün məcburi olmağa davam edən öhdəliklərə zərbə vurur”, – bəyanatda deyilir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN