Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Gəncə Şəhər Su İdarəsinin rəisi Şöhrəddin Verdiyev belə insanlardandır.
Şöhrəddin Verdiyev hər zaman dövlətə - dövlətçiliyə, xalqa - millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir.
Ali baş komandanınız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, uzaqgörən siyasəti ilə, rəşadətli ordumuza göstərdiyi diqqət və qayğısı nəticəsində 44 - günlükqısa müddət ərzində Azərbaycanın silahlı gücü və beynəlxalq səviyəli diplomatiyası ilə, bütün dünyanı heyrətə salıb yağı düşmənin qarşısında düşmənə heç bir şəkildə göstərilən köməyin heç bir mənası olmadığını sübut edib, qələbəsinin danılmaz olduğunun açıq şəkildə ortada olduğunu nümayiş etdi. Ermənilərin Kapitulyasiya aktına imza atmağa məcbur etdi. İlham Əliyevin rəhbərliyi ilə Xalqımızın bu qələbəsi qızıl həriflərlə Şöhrəddin Verdiyev kimi ziyallılarımız tərəfindən əbədi olaraq dünya tarixinə həkk edildi.
Şöhrəddin müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həm də, rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O,hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur.
Bizdə təcrübəli bir mediya nümayəndələri kimi, belə sadə məmurlarımızla qürurlanaraq fəxr etmişik.