SON DƏQİQƏ

Qaradağ DYP yoxlama məntəqəsində cavuş Quluyev Tural haqq verməyənlərə saxta cəriməsi və analoğu olmayan köməkliyi…

Tarix:9-11-2023, 10:25

II - Qarabağ döyüşlərində şəhidlərimizin son mənzilə məhs DİN - nin qururlu əməkdaşlarının çiyinində yola salındığını görəndə çox fərəhlənirdik.

Lakin DİN - nin bəzi əməkdaşları formasını daşıdığı ada və tapşırılan vəzifəyə laiq  olmayan hərəkətləri və əməlləri ilə vəzifəsinə və formasına xəyanət edərək, DİN - nin adını ləkələyib gözdən salır.

Görəsən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayor Zeynalov Ramiz Məhəmmədəli oğlu mətbuatda dərc edilən şikayət və faktlara niyə reaksiya vermir?

Saatlı rayon Soltanabad kəndində gümüş kanalının yanında tikilən 2 - ci Qarabağ şəhidləri Məmişov Qadir, Şahbazov Faiq, Şahbazov Aqif Hasif oğlu, Ağayev Cehun Cəmil oğlu, İmanov Nazim Aslan oğlu, Nəzərov Muxdar Əlbarat oğlu, Qarayev Çingiz Mahmud oğlu, İsmayılov Əlimərdan Mirzə oğlu, Həsənov Mahir Bayram oğlu, Sefulayev İbadət Saxavət oğlu, Feyzulayev Əlikram Ayaz oğlu üçün şəhid bulağına lazım olan tikinti materyallarını Bakıdan alıb rayona gətirən kamaz şöferinə haqq vermədiyi üçün qanunsuz cərimə yazıldı. 

Bakıdan kamaz markalı avto maşınıyla, Saatlı rayonunda, şəhidin məzarına tamet apararkən, Qaradağ DYP yoxlama məntəqəsində cavuş Quluyev Tural tərəfindən 90 SO 914 nömrə nişanlı, kamaz markalı maşını saxlayıb. Sürücü İmanov İlham Qəməndər oğlundan pul tələb edən, cavuş Quluyev Turala kamaz markalı maşınının sürücüsü İmanov İlham Qəzənfər oğlu deyib ki, “Mən bu tameti Saatlı rayon Soltanabad kəndinə, şəhidin bulağı ücün aparıram. Sizə niyə pul verməliyəm?” Çavuş Quluyev İlham kamaz şoferi İmanov İlham Qəməndər oğluna bildirir ki, "Mənim üçün      nə daşındığının və ya maşının boş ya dolu olmasının fərqı yoxdu. maşın pulunu verib keçməlidir." kamaz sürücüsünün narazılığını və etirazını görən cavuş Quluyev Tural, heç bir səbəb olmadan, 1200 - manat cərimə yazıb. Heç bir əsas olmadan, “tonundan artığ yük aparmaq” bəhanəsi ilə qanunsuz cərimə yazıldığını görən sürücü yerindəcə şikayət etdikdən sonar, cavuş Quluyev Tural kamaz sürcüsü kamaz şoferi İmanov İlham Qəməndər oğlunu yanına caxırıb deyib ki, “Mən artıq cərimə yazmışam. Heç kəs bilməsin. Mən sənə 300 manat pul verim, üstündə sən düzəlt cəriməni ver.

Qanunsuz yazılan cərimənin üstünü, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayor Zeynalov Ramiz Məhəmmədəli oğlunun ödəyəcəyinə ümüd edirik.

Ümüd edirik ki göstərilən faktla aidiyyatı orqanlar tərəfindən qanuni tədbir görüləcək.

Araşdırmamız davam edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN