SON DƏQİQƏ

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səid Mahmudovun rəhbərliyi ilə Abşeron rayon fermerləri DAİM - nin fəaliyyətindən maksimum yararlanır.

Tarix:30-11-2021, 13:16

Rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasını ölkədə aqrar islahatların yeni mərhələsi də hesab etmək olar. Bu mərkəzlərin fəaliyyəti aqrar sektorda xidmətlərin göstərilməsində çox üstünlüklər yaradıb. Necə deyərlər, fermerlərin və kəndlilərin torpağa bağlılığını daha da artırıb. Elə bunun nəticəsidir ki, Abşeron rayonunda Mərkəzə müraciət edən fermerlər buradan əliboş qayıtmırlar.

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzi 2018-ci ildən fəaliyyət göstərir. İlk gündən rayonda kənd təsərrüfatının bütün sahələrinə yaxından köməklik göstərən Mərkəzin əməkdaşları bu gün də fermerlərlə sıx əlaqədədirlər.

Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qısaca (EKTİS) fermerlərin qeydiyyatdan keçirilməsi Abşeron DAİM-də də uğurla davam etdirilir. Rayonda fermerlər üçün elektron xidmət kabinetləri yaradılıb.

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səid Mahmudovun rəhbərliyi ilə Abşeron fermerlərə göstərilən elektron xidmətlər aqqında məlumat verərək xüsusi olaraq qeyd edib: “Elektron sistemlə bağlı Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində işlər yekunlaşıb. On beş mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. On mindən çox fermer əkinlərini bəyan ediblər. Həmin fermerlərin 1500-dən çoxu üçün plastik kartlar sifariş verilib. Fevral ayından fermerlər ardıcıllıqla yeni fermer kartlarını banklardan əldə edəcəklər. Sonra fermerlər yeni qaydalara əsasən subsidiya alacaqlar”.

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində üç sektor fəaliyyət göstərir. Bunlar maliyyə - təsərrüfat, bitkiçilik və heyvandarlıq sektorlarıdır. Burada, həmçinin baytarlıq, informasiya və fermerlərə müxtəlif xidmətlər üçün otaqlar da ayrılıb. Bu sektorlarda 20 - dən çox əməkdaş çalışır. Fermerlərlə söhbət zamanı onlar dövlət tərəfindən yaradılan imkanlardan lazımınca faydalandıqlarını qeyd edərək bu qurumdan razılıqlarını bildiriblər.


Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyətindən sevinclə danışan digər fermerlər şəxsi təsərrüfatııyla bağlı müraciət edərək Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının məsləhəti ilə işlərimizni yoluna qoyaraq elektron sistemdə qeydiyyatdan keçdiklərindən sonra kartları aldıqlarını bildiriblər.

Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində Fermerlərin Koordinasiya Şurası da yaradılıb. Şuranın üzvləri təcrübəli və qabaqcıl fermerlərdən ibarətdir. Eyni zamanda, buraya könüllülər də cəlb olunub. Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində müntəzəm olaraq könüllülərlə görüşlər keçirirlir.
Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səid Mahmudov başda olmaqla DAİM - nin bütün kollektivinə işlərində müvəffəqiyyətlər arzu edirik.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN