SON DƏQİQƏ

Kimin nəyinə lazimdir qızlıdan ləyən, əgər onun işinə qan qusacaqsa...

Tarix:17-08-2021, 17:34

Siyasi fəal Mədən Hasılatında Şəffaflıq koalisiyasının sura üzvü Cəmil Hacıyev öz facebook səhifəsində Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın qanunsuz hərəkətləei haqqında yazmışdır.

O qeyd edib ki: “Yeni nəsil hakimləridə gördük. Dünən gənc kadir olmasına baxmayaraq YAP suyu icmiş Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovada hökümət qurumları qarşısında vətəndaşın pozulmuş hüquqların bərpa etmədən, hər şeyi qara gördü.
Gənc xanım YAP-ın liftinə mindikdən sonra bu qədər qalxa bilsədə umutmasın ki, bir gün bu hakimiyyətində sonu gələcək. Onda hansı üzlə hüquqlarını tapdaladığı insanların qarşısına çıxacaq?
Ölkədə yalan və yalançılıqdan, imtasiyadan başqa bir sey görmürük. Məhkəmə islahati necə olur ki, hakimlər yendə dövlət qurumlarını müdafiə edirlər.

Səhiyyə islahatı necə olur ki, yendə keyfiyyətsiz və rüşvətlə dolu səhiyyə xidmətləri ilə rastlaşırıq. Təhsil islahatı necə olur ki, tələbəyə pulsuz təhsil almaqda, müəllimləri seçməkdə, xaricdə təhsil almaqda, tələbə həmkarlar sədrini seçməkdə məhdudiyyətlər tətbiq edilir. Sosial islahatlar neçə olur ki, əhalinin yarıdan çoxu işsizlikdən əziyyət çəkdiyi halda, rəsmi statistikada işsizlik 5 % aşağı göstərilir.

Xalq ölkədəki vəziyyətdən xəbəri olsada polisdən qorxur və etiraz etmir. Bu halı analiz edəndə görürük ki, media və hüquq müdafiəçiləri, etiraz edən insanları düzgün müdafiə edə bilməyib, etiraz buna görədə səngiyərək sonub.”

Sonrakı paylaşmasında o qeyd edir ki: “03.08.2021- ci il tarixdə DVX-nin Bakı Şəhər Kiçik Sahibkarlarla Baş İdarəsi oldum, lazim olan səndləri istəsəmdə bunu təqdim etmədilər. DVX-nin əməkdaşları Vahid Standartlara istunad edərək sənədlərin surətini mənə printerdən çıxarıb vermədi. Vahid Standartlara DVX-nin qəbul etdiyi hüquqi akdir. İnformasiya əldə etmək haqqında Az. Res. Qanuni isə 30 sentyabr 2005-ci il tarixdə Az. Res. Milli Məclisi tərəfindən qəbul edilib və Az.Res. Prezidenti tərəfindən təsdiq edilib. Bu Qanunun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etməyi özündə ehtiva edir. İyerarxiya görə İnformasiya əldə etmək haqqında Az. Res. Qanuni DVX-nin Vahid Standartlarından dəfələrlə yüksək güçə malikdir. Bu barədə DVX-nin 195 xidmətinə bildirirəm qeyd edirlər ki, gedin vereceklər sənədləri.

Ertəsi günü online növbə götürüb DVX-nin Bakı Şəhər Kiçik Sahibkarlarla Baş İdarəsinə yaxınlaşdım, növbə 12:58, polis qapını açıb deyir ki, daha nahardır indi işçilər yorulub istirahət edirlər.Deyirəm ay Azərbaycan xalqının qarşısın kəsən polis, 12:58 vaxt bəs niyə qoyulub, bəs niyə yazılıb göstərilən vaxtdan 15 dəqiqə ərzində yaxınlaşın. Qərəz polis imkan vermədi. Özləri oturublar kondisionerin altında sadə xalq 45 dərəcə istidə günün altında. İstiyə dözə bilməyib axşam saat 17:30 radələrində gəldim, heç kimdə yoxdur. Bu dəfə vergi əməkdaşı içərə buraxmır, növbən keçib. Dedim növbə vaxımda içəri buraxmırsız, sonrada gəlirik deyirsiz növbə vaxtında gəl. Bu necə olur. Polisi çağırdı, polisə deyirəm ki, niyə saat 12:58 buraxmadın indi problem yaranıb. Polsi deyir gözləyərdim nahardan sonra gələrdin. Dedim nahardan əvvəl gəlməmişəm ki, nahardan sonra gəlmişəm, yox indi hamı evə gedir. Dedim bu vaxtı? Hələ indi 17:30 olub. Uzun sözləşmədən və mən onları qaydalara əməl etməyə dəvət etsəmdə düzəlmədilər. Polis əl atdı telefona zəng edirəm səni gəib aparsınlar həbs eləsinlər. Dedim elə. Zəng edir MP çağırır , PPX zəng eləmək əvəzinə. MP gəlib deyir ne olub binaya oğru girib? Vəziyyəti biləndən sonra orada işləyən polisin hərəkətlərindən utandılar. Mənədə dedilər ki, bundan şikayətçi olma. Dedim qeyri münkündür bu adam günün altında olan obyektə xidmət aparlamlıdır.Onda bilər ki, insanları günün istisində küçədə saxlamq nə deməkdir. Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsındə hakim Aygün Əhədova məni dinləsədə vəsadəti qəbul etmədi. Aygün Əhadovanın hərəkətlərindən Məhkımə Hüquq şurasına şikayət versəmdə inanmıram ki, bu sistemdə mənim kimi sadə vətəndaşın şikayəti təmin edilsin. Belə vəziyyətdə insanın ürəyi az qala partlaya ki, bu necə ölkədir bir qrup hər nə istəyir edir, digər qrup buna ehiraz eddiyi üçün dilənçi vəziyytində yaşayır.

Mənə belə ölkə lazım deyil, kim belə Azərbaycanda arzulayır ki, ömrünü istirab və əziyyətdə başa vura? Nə qədər zülm işində yaşamaq olar?

Kimin nəyinə lazimdir qızlıdan ləyən, əgər onun işinə qan qusacaqsa...”

Qeyd edirik ki, Cəmil Hacıyev eyni zamanda araşdirmaçı jurnalist kimi müxtəlif portallarda məqələlər dərc edir.

Media potralı olaraq adı çəkilən bütün tərəflərin mövqeyini işiqlandırmağa hazırıq.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN