SON DƏQİQƏ

İmamzadə ziyarətgahının axundu Hacı Tahir Abbaszadə:Azərbaycan multikultural dəyərlərini qorumağa qadir olan milli mentalitetə sahibdir...

Tarix:30-07-2021, 16:01


Dünyada etnik, dini münaqişələrin tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə multikultural dəyərlərə qiymət verməsi Azərbaycanın milli mentalitentində də bu dəyərləriə hörmətlə yanaşması beynəlxalq ictimaiyyətin marağına sahib olur.
Azərbaycan Prezidenti İlham Əliyev Multikulturalizm dəyərlərinə qiymət verməsi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu, həmçinin beynəlxalq aləmdə çox müsbət dəyərləndirildi. Biz bir daha öz milli-mənəvi, tarixi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaq şansı əldə etmişiik. Həmçinin bir daha özümüzün - özümüzə nəzər salmaq fürsətimiz oldu, öz imkan və arzularımızı bir daha reallıqla uzlaşdırmağa çalışdıq.
Eyni zamanda, biz tərəfdən təqdim edilən bəzi layihələrin işığında xarici ölkə qurumlarında çalışan müxtəlif insanlar, tələbələr, din xadimləri bir daha öz ölkələrindəki multikultural mühiti diqqətdən keçirməyə başladılar. Beləliklə, Azərbaycandakı “Multikulturalizm ili” dünyanın bir sıra ölkələrində multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə, multikultural ab-havanın öyrənilməsinə, hətta müqayisə və saf - çürük edilməsinə səbəb oldu. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin mesajları ünvanına çatib.
- Məlumdur ki, 25 il bundan əvvəl müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan dövləti hər zaman multikulturalizm siyasətinə sadiqlik nümayiş etdirib. Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi multikulturalizmin banisidir.
Ulu öndər Heydər Əliyev qeyd edilib ki, multikultural dəyərlər Azərbaycan xalqına tarixən xas olan keyfiyyətlərdir.
Xalqımızın görkəmli ədəbi, elmi, siyasi xadimləri öz millətindən, öz dinindən olmayan dəyərlərə və insanlara həmişə yüksək tolerantlıq və yüksək səmimiyyətlə yanaşıblar. Bunun özü elə multikulturalizmin canını, mayasını təşkil edən xüsusiyyətdir. Amma siyasi cəhətdən multikulturalizm sistemli şəkildə məhz ulu öndər Heydər Əliyev tərəfindən dövlətçiliyimizin ideoloji əsaslarından birinə çevrildi. Əvvəl də siyasi cəhətdən multikultural cəhdlər edilirdi. Azərbaycan Demokratik Respublikası dövründə multikulturalizmlə bağlı bəzi qərarlar da qəbul edilmişdi.
Müstəqillik illərində Prezident Heydər Əliyev həm Konstitusiyanın ayrı-ayrı bəndlərində, həm də ayrıca sənədlərdə sistemli şəkildə multikultural siyasətlə, yəni, Azərbaycanda yaşayan başqa xalqların taleyi, tarixi, mədəniyyəti, dili, mənəviyyatı ilə bağlı bir-birini tamamlayan qanunlar və sərəncamlar imzalayıb, onların həyata keçməsinə nail olub.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların maddi rifahının, iqtisadi-təsərrüfat durumunun yaxşılaşdırılması ilə bağlı qəbul edilən digər qərarlar da, icra edilən layihələr də, əlbəttə ki, Ulu Öndərin böyük siyasi fəaliyyətinin nəticəsi idi və daim onun diqqət mərkəzində dururdu. Eyni zamanda, bu sistemli fəaliyyət həmin bölgələrdə yaşayan müxtəlif xalqların, bütövlükdə azərbaycanlıların həyat tərzinin, mənəvi həyatının yaxşılaşdırılmasına xidmət edirdi.
Ola bilər, dünyada getdikcə daha çox özünə yer edən multikultural maraqlar buna səbəb olub. Amma hər halda mənə elə gəlir ki, multikulturalizm energiyası cəmiyyətimizin bütün təbəqələrinin canında, ruhunda elə bir ehtirasla yığılıb qalıb.
Bu istiqamətdə son dərəcə mühüm addımlar atıldı. Ən əsas addımlardan birini tədris istiqaməti ilə bağlıdır.
Bu gün “Multikulturalizmin verdiyi mənəvi imkanlardan istifadə edərək biz Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan psixologiyasını, tarixini, mənəviyyatını, dilini, dinini, mədəniyyətini və bir çox digər sahələri ümumiləşdirib
Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və şeyximiz Hacı Allahşükür Paşazadə özü, Azərbaycandakı Pravoslav Kilsəsinin, Azərbaycan katoliklərinin, Azərbaycan udilərinin, Azərbaycan dağ və Avropa yəhudilərinin rəhbər və nümayəndələri, ictimaiyyət nümayəndələri, milli icmaların rəhbərləri bu görüşlərdə iştirak edirlər. Bu görüşlər İsveçdə, Almaniyada, İspaniyada, İngiltərədə, Rusiyada keçirilib. Təcrübə onu göstərir ki, bu görüşlər həmin ölkələrin din və dövlət xadimləri tərəfindən son dərəcə böyük maraqla qarşılanır. Azərbaycan multikulturalizmi bir model kimi dünya ictimaiyyətinin diqqətinə bir daha bu şəkildə çatdırılır. Azərbaycan multikulturalizmi müzakirələri Azərbaycan həqiqətləri haqda söhbətlərə çevrilir.
Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə qaldırması və bunun ölkədəki təzahürləri dünyanın bir çox ziyalıları, dövlət xadimləri üçün son dərəcə maraqlıdır. Onlar Azərbaycanda multikulturalizmin təntənəsini dərk etməyə çalışırlar. Azərbaycanda multikultural təhlükəsizliyin prinsiplərini öyrənirlər. Qarşılıqlı fayda gətirən bu görüşlər, güman edirəm ki, həmişə davam edəcək.
Azərbaycan multikulturalizmini dünya ölkələrində dəstəyə və təbliğ edilməsinə əsas verir.
Azərbaycan multikulturalizminin təbliği bəzən başqa ölkələrdə yerli şəraitdə multikultural mühitin öyrənilməsi işində katalizator rolunu oynayır. Məsələn, Almaniyanın Auqsburq Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris etməyə başlayanda universitetin professoru Klaus Volf dedi ki, bu fənni tədrisi zamanı alman multikulturalizmi ilə müqayisə və paralellər aparıb. Azərbaycan multikulturalizmi başqa ölkələrdə multikulturalizm mühitinin öyrənilməsi üçün təkanverici qüvvəyə çevrilir. Hətta “Azərbaycan multikulturalizmi” adlı dərsliyin yazılmasına həmin ölkələrin mütəxəssislərini də cəlb edib.
Bu sahədə çox böyük işlər görən Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanın multikulturalizm və tolerantlıq modelini dünya ictimaiyyətinə təqdim etməyin ən yeni formatını heç şübhəsiz ki, Heydər Əliyev Fondu və bu Fondun prezidenti, ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ortaya qoyub. Mehriban xanım Əliyeva öz mütərəqqi və insanpərvər ideyaları ilə Pakistanda, Misirdə, Rusiyada, Gürcüstanda və başqa ölkələrdə təhsilin inkişafına töhfələr verərək orada məktəb tikintisi və bərpası işlərini həyata keçirib. Uğurlu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fondun dəstəyi ilə ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib. Fransa regionlarında kilsələrin, Luvr muzeyinin, müqəddəs Roma katakombalarının, Kapitoli muzeyinin bərpasında Heydər Əliyev Fondu iştirak edib, məhz onun təşəbbüsü və dəstəyi ilə Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılıb. Bu işlər ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin dərinləşməsinə xidmət edir. Azərbaycanı tolerant və multikultural ölkə kimi dünyaya bir daha yaxından tanıdır, ona böyük hörmət qazandırır.


скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN