SON DƏQİQƏ

Azərbaycanlılar koronovirus ucbatından Çin şəhərini tərk edə bilmir

Tarix:28-01-2020, 09:45

Azərbaycanlı tələbələrin bir qismi artıq Çini tərk edib, virusun yayılmağa başladığı Wuhan şəhəri karantində olduğuna görə orada olan 7 tələbə isə şəhəri tərk edə bilmir, – bunu Çində təhsil alandan sonra orda işləmiş və yenicə Bakıya qayıdan Elmar Ağazadə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, “Çinin Wuhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır”.

BBC News Azərbaycancaya müsahibəsində Elmar Ağazadə deyib ki, Çində olan azərbaycanlı tələbələrin bəziləri təşviş və qorxu içindədirlər, lakin əksəriyyəti “sakit-sakit yeni xəbərləri gözləyirlər”.

Onun sözlərinə görə, Çin hökuməti hələ heç kimin Wuhan şəhərindən çıxışına icazə vermir.

Virusun yayılmağa başladığı Hubei bölgəsinin paytaxtı Wuhan şəhəri blokadaya alınıb və bir neçə digər şəhərdə səyahət qadağaları tətbiq edilib.

AZAL: Çinə olan aviabiletlər cəriməsiz geri qaytarıla bilər

Martın 28-dək Azərbaycan Hava Yollarından Çinə aviabilet alanlar biletləri cərimə olunmadan geri qaytara bilərlər.

Bu barədə AZAL açıqlama yayıb. Qurum bildirib ki, bunun səbəbi Çində koronavirusun yayılmasıdır.

Hazırda Çində 106 nəfərdən çox insanın ölümünə səbəb olan koronavirus infeksiyası yayılıb, 4 minə yaxın adama isə bu xəstəliyin diaqnozu qoyulub.

AZAL-ın məlumatına görə, sərnişinlər uçuş tarixlərini dəyişdirə də bilərlər, biletləri geri qaytara da.

Yanvarın 27-də AZAL Azərbaycandan Çinə uçuşları bir aylıq dayandırdığını bildirmişdi. (Basta)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN