SON DƏQİQƏ

BDU-nun yataqxanasında zəhərlənən qızlar evə buraxılıb

Tarix:27-11-2019, 15:19

BDU-nun yataqxanasında zəhərlənən tələbə qızların səhhəti yaxşılaşıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, 21 noyabr tarixində Bakı Dövlət Universitetinin 2№ li yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qız bugün saat 14:50-də evə yazılıblar.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib. (Musavat.com)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN