SON DƏQİQƏ

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Tarix:20-11-2019, 14:19

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır.

Bu barədə "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

"Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə biler satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - deyə o, qeyd edib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN