SON DƏQİQƏ

Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"

Tarix:29-10-2019, 12:39

"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".

"Report" xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".

Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.'
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib: "Oxumaqdan ötrü ürəyim gedir"скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN