SON DƏQİQƏ

Pedofil milyarderin meyidinin yarılması zamanı aşkar edilənlər ekspertləri narahat edib

Tarix:16-08-2019, 13:51

Azyaşlı qızları zorlamaq və onları başqa varlı şəxslərə pulla satmaq ittihamı ilə həbs olunan, lakin qaldğı həbsxanada asılmış halda ölü tapılan ABŞ milyarderi Ceffri Epşteynin boğaz hissəsindəki qırıqların çoxluğu məhkəmə-tibb ekspertizasının diqqətini cəlb edib.

“The Washington Post” bununla bağlı tərtib oluan sənədlərlə tanış olan mənbəyə istinadən maraqlı məlumat yayıb.

Mütəxəssislər ən çox ölən milyarderin dilaltı sümüyünün sınamsı faktı ilə maraqlanıblar. Belə ki, bu cür xəsarət intihar edənlərdən daha çox boğdurulan adamlarda rast gəlinir. Qəzet bununla Ceffri Epşteynin ölümü ilə əlaqədar prosesin daha da mürəkkəbləşdiyini yazıb.

Meyidin yarılmasına Nyu-York məhkəməsinin tibb eksperti Barbara Sempson rəhbərlik edib. Onun tərtib etdiyi hesabatda ölüm səbəbləri barədə konkret fakta rast gəlinmir.

“The Washington Post” dakı mənbələr FTB-nin C.Epşteynin həyatının son saatları barədə əlavə informasiya əldə etməyə çalışdığını bildiriblər. Buna görə hazırda toksikoloji araşdırmanın nəticələri də yoxlanılır.

Bundan daha öncə C.Epşteynin kamerasında həbsxana yataq dəstindən hazırlanmış kəndir tapıldığı məlum olub. Lakin maraqlıdır ki, mühafizəçilər onu son bir neçə saat ərzində yoxlamayıblar.

Ceffri Epşteyn isə ölümü ilə bərabər bir çox sirləri özü ilə aparıb. Onun azyaşlı qızları bazarladığı şəxslərin arasında nüfuzlu adamların olduğu qeyd edrilir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN