ABŞ prezidenti Donald Tramp növbəti ildə keçiriləcək “G7” sammitini Mayamidə (Florida ştatı) yerləşən “Trump National Doral” qolf-kurortunda təşkil edəcək.
Sonxeberler.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumatında bildirilir.
Bilindiyi üzrə, növbə ilə həmin zirvə toplantılarını keçirən “Böyük yeddilik” dövlətləri bunun üçün adətən ölkənin ən füsunkar mənzərəli yerlərini seçirlər.
D.Trampın sözlərinə görə, Floridadakı kurort həm ölçülərinə, həm də Mayami hava limanına yaxınlığı səbəbindən ideal sayılır. Lakin o, bu barədə qəti qərarın hələ verilmədiyni qeyd edib.
Birləşmiş Ştatların dövlət başçısı “G7” ölkələrinin İtaliya, Kanada və Fransadakı zirvə toplantılarında olub. Hər 3 sammit hava limanından uzaq bölgədə baş tutduğu üçün ABŞ prezidenti oraya ayrıca helikopterlə getməyə məcbur qalıb.
Bununla belə D.Tramp Fransanın Atlantik okean mənzərəli Biarrits kurortunu çox bəyənib və buradakı şəraitə heyran qaldığını söyləyib. ABŞ prezidenti Emmanuel Makronun İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi dəvət etdiyi kimi gözlənilməz qonaqları çağırmayacağını vurğulayıb.
“Hər hansı bir sürprizdən söhbət belə gedə bilməz”,-deyə Ağ Evin sahibi bildirib.
Sonxeberler.info