SON DƏQİQƏ

Müdafiə naziri Zakir Həsənov hərbi obyektlərin açılışında iştirak edib

Tarix:14-05-2018, 17:33

Azərbaycan Respublikasının  müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN