Dünyanın gözü Ermənistana və İrəvana dikilib. Sanki sabah burda futbol üzrə çempionat keçiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan bu gün təşkil edilən mitinqdəki çıxışında deyib. O deyib ki, son 15 gündə dünyanın ən aktual mövzusunu yarada bildilər: “Ölkəmiz daha dünyanın künc-bucağı deyil”.
Öz namizədliyi haqda danışan Paşinyan bidlrib ki, parlamentin 4 fraksiyasından 3-çü onu dəstəkləyir.
Paşinyan bildirib ki, sabah - 1 mayda, saat 11:00-da Respublika meydanına qələbəni qeyd etməyə yığışacaqlar.
“Miqrasiya, zəiflik, özbaşınalıq üzərində qələbəni qeyd etmək üçün Respublika meydanına gəlin”.
O, Ermənistanın digər kənd, qəsəbə və şəhərlərində yaşayanlara müraciət edərək, hamını sabah İrəvana çağırıb. O deyib ki, meydanda quraşdırılan böyük televizor vasitəsilə parlamentin sabahkı iclası canlı göstəriləcək.
O, sabah heç bir küçə və prospekti bağlamamağa, yalnız Respublika meydanına yığılmağa çağırıb.
Xatırladaq ki, sabah Ermənistan parlamenti baş naziri seçəcək. Yeganə namizəd olan Paşinyana 53 səs lazımdır. Respublika Partiyasının 58, Çarukyan Bkolunun 31, Çıxıç Blokunun (Paşinyanın öz bloku) 9, daşnaksütyunun 7 mandatı var.
N.Paşinyana dəstək üçün Rusiyadan və Avropadan bəzi tanınmışlar artıq İrəvandadır.