SON DƏQİQƏ

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki iş üzrə kommunikasiyaya başlayıb

Tarix:28-03-2018, 11:40

Sonxeberler.info xəbər verir ki, hər iki işdə şikayətçiləri vəkil Cavad Cavadov təmsil edir.

Bunlardan biri ReAl hərəkatının icra katibi Natiq Cəfərlinin 2016-ci ilin avqust ayının 12-də həbs olunması ilə bağlıdır.

Natiq Cəfərli Cinayət Məcəlləsinin 308.2 və 192.1 maddələri ilə ittiham elan olunaraq həbs olunub. Sonradan həbs qətimkan tədbiri ləğv edilib.

Avropa Məhkəməsi şikayəti Konvensiyanın 3, 5, 11 və 18-ci maddələr üzrə qəbul edilən sayıb və hökümətə müvafiq suallar ünvalayaraq onların bu ilin iyul ayının 5-nə kimi cavablandırılmasını istəyib.

Digər iş 10 mart 2015-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqisrləndirilərək həbs olunan Ceyhun Cəfərovun işi ilə bağlıdır. 
Avropa Məhkəməsi şikayətin 3 və 5-ci maddələri ilə bağlı hissədə qəbul edilən sayaraq hökumətə cavablandırılması 06.07.2018-ci il tarixə xahiş olunan suallar ünvanlayıb.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN