SON DƏQİQƏ

Professor Aygün Attar 31 Mart qətliamına dair konfrans keçirəcək

Tarix:29-03-2018, 14:35

Türkiyədə yaşayan azərbaycanlı alim, Giresun universitetinin sabiq rektoru, professor Aygün Attar 1918-ci il martın 31-də ermənilərin Bakıda törətdiyi qətliamın 100-cü ildönümü ilə bağlı konfrans keçirəcək.

Bu barədə Türkiyədə fəaliyyət göstərən haber3hilal.com saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Avrasya İncələmələri Mərkəzinin (AVİM) təşkil etdiyi tədbir martın 30-da baş tutacaq. 

Orta Asiya və Qafqazın müasir tarixi, "erməni məsələsi", Rusiya tarixi üzrə elmi araşdırmalar aparan professor Aygün Attar çıxışında I dünya müharibəsi zamanı, 1918-ci il martın 31-də ermənilər tərəfindən Bakıda və ətraf rayonlarda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətliamdan bəhs edəcək, bu olayların araşdırılması üçün yaradılan fövqəladə təhqiqat komissiyasının qələmə aldığı sənədlər əsasında məlumat verəcək.

Konfransın saat 14:00-16:00 arasında Ankarada, AVİM toplantı salonunda keçiriləcəyi bildirilir. 

Sonxeberler.info

Yazının orijinal variantı ilə buradan tanış ola bilərsiniz: http://www.haber3hilal.com/gundem/prof-dr-aygun-attar-100-yilinda-31-mart-1918-baku-katliamini-h34814.html

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN