SON DƏQİQƏ

Aİ-nin keçmiş xüsusi nümayəndəsi: "Məndən sonra Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə elə də ciddi dəyişiklik baş verməyib"

Tarix:15-03-2018, 12:19

"Görürəm ki, məndən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə elə də ciddi dəyişiklik baş verməyib".

APA-nın xəbərinə görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi deyib.

O bildirib ki, əsas problem də heç bir dəyişikliyin olmamasındadır: "Mən, Avropa İttifaqı və İsveçrə də ümid edirik ki, bu münaqişənin həlli yolunu tapmaq mümkündür".

VI Bakı Qlobal Forumla bağlı danışan P. Semnebi deyib ki, son illər Azərbaycan Qərb və Şərq arasında mühüm platforma rolunu oynayır.

O qeyd edib ki, Cənubi Qafqaz Aİ üçün vacib və qonşu regiondur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN