SON DƏQİQƏ

Londondakı zəhərlənmə: İngiltərənin, yoxsa Rusiyanın yanında olmalı...

Tarix:16-03-2018, 10:13

Əhəd Məmmədli: “Haqlı tərəf Britaniyadır, lakin onlar uzaqda, Rusiya isə yanımızdadır”;; Elşən Mustafayev: “Azərbaycan  hətta Krım məsələsində də Rusiyanı müdafiə etməyib”

Agent Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası təcili iclas keçirib. İngiltərənin tələbi ilə toplanan BMT TŞ üzvləri Rusiyanı sui-qəsd cəhdində ittiham ediblər. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli Rusiyanın vicdansız cinayət işlədiyini deyib.

Rusiya isə bu ittihamları rədd edir. Bu ölkənin BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya iddiaları rədd edərək cinayətin Rusiya tərəfindən törədilmədiyini vurğulayıb: “London başqalarını günahlandırmaq əvəzinə öz torpağında nə baş verdiyini anlamalıdır, çünki nəzakətli insanlar belə davranır. Bizim bu hadisə ilə heç bir əlaqəmiz yoxdur və ortaq istintaqa hazırıq. Heç nədən qorxumuz və gizlədiyimiz bir şey yoxdur”.

Britaniya baş naziri Tereza Mey 23 rus diplomatın ölkədən deportasiyası barədə qərar verib. Baş nazir bu ölkəyə qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini vurğulayıb. Rusiya da diplomatlarla bağlı analoji addım atıb.

Ekspertlər gərginləşən bu münasibətlərin fonunda Azərbaycanın mövqeyinin necə olması barədə fərqli fikirlər səsləndirirlər. BMT üzvü olan Azərbaycanın bu məsələdə balanslı siyasət yeritməsinin nə qədər çətin olduğu göz önündədir. Ortada sübut olmasa da, gözlər bu cinayət hadisəsində də Kremlin üstünə dikilib.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli hesab edir ki, Azərbaycan bu məsələdə birmənalı şəkildə neytral qalmalıdır: “Yaddan çıxarmayaq ki, Britaniya uzaqda, Rusiya isə yanımızdadır. Bu agent skandalının Azərbaycana heç bir aidiyyəti yoxdur. Bu məsələyə Azərbaycan qətiyyən müdaxilə etməməlidir. Zatən Azərbaycandan tərəf tutmağı heç kəs gözləmir. Fakt yoxdur deyəndə ki, məsələ araşdırılır. Bu qətldə bütün yollar Kremlə gedir çıxır. İngilislər əmin olmasaydı, bu cür açıq şəkildə Rusiyanı ittiham etməzdilər. Bu məsələdə haqlı tərəf Britaniyadır. Lakin bu davanın Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycan Rusiya ilə həmsərhəd olan balaca və kifayət qədər problemli ölkədir. Kiçiklər böyüklərin davasında eyni məsafə tutub kənarda qalmalıdır. Kənarda qalsaq, heç kəsin hədəfinə tuş gəlməyəcəyik və hər iki tərəflə yaxşı münasibətləri qoruyub saxlaya biləcəyik”.

Agent Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsi ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, faktlar ortaya qoyularsa, Azərbaycan heç nədən çəkinməməlidir: “Bu  BMT-də olacaq Rusiya ilə bağlı ilk skandal  məsələ deyil. Dəfələrlə  Rusiya ittiham olunub, səsvermələr olub. Azərbaycan  hətta Krım məsələsində də Rusiyanı müdafiə etməyib. Hal-hazırdakı vəziyyət isə xüsusilə fərqlidir və ağırdır. Qərb-Rusiya qarşıdurması son illərin ən pik nöqtəsindədir. Putin açıq şəkildə ABŞ-ı təhdid  edir, dünyada analoqu olmayan, ABŞ-ın hava hücumundan müdafiə sistemini kor edən, uzaq məsafələrə nüvə başlığı daşıya biləcək yeni nəsil raketlərə malik olduğunu bildirir. Hesab edirəm  ki, belə gərginlik ancaq SSRİ vaxtında müşahidə edilirdi. Bu cür vəziyyətdə  Kreml  Londonda Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbərlərindən birinin qızı ilə birgə zəhərlənib öldürülməsində ittiham olunur.

İlgili resim

Britaniya əlavə sanksiyalar  tətbiq olunmasını təklif edir, dövlətlərə müraciətlər edir. BMT-də olacaq müzakirələrdə  Azərbaycanın kimin tərəfində olacağına gəlincə isə əgər Böyük Britaniya  tutarlı, təkzibedilməz faktlar ortaya qoyacaqsa, o zaman heç nədən çəkinmədən müzakirəyə çıxan məsələyə səs verilməlidir. Yox, əgər bu mövqedə olmaq üçün faktlar kifayət etməyəcəksə, hesab edirəm ki, Azərbaycan üçün ən uyğun qərar bitərəf qalmaqdır. Əgər bu işdə Rusiyanın əli olduğu sübut olunarsa və Azərbaycan da haqqın yanında olarsa, heç nədən çəkinməyə dəyməz. Amma belə görürəm ki, Britaniya tərəfi bu işin Rusiya tərəfindən təşkil olunmasına əmin olsa da,  müzakirələr vaxtı  hamını inandıracaq faktları ortaya qoya bilməyəcək. İllər öncə Londonda keçmiş Rusiya kəşfiyyatçısı Litvenekonun da zəhərlənməsi böyük bir skandala çevrilmişdi. Həmin vaxt Rusiya ittiham olunurdu, amma onda Qərblə münasibətlərində indiki kimi gərginlik yox idi. Hazırkı  həssas vəziyyətdə və  Azərbaycanın indiki durumunda bizim üçün tərəflər arasında seçim etmək doğru deyil. Yəni ortada ciddi faktlar olmayacağı təqdirdə bitərəf qalarıqsa,  buna  görə də bizim üstümüzə heç bir tərəf gəlməyəcək”.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN