SON DƏQİQƏ

Odessada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Tarix:26-02-2018, 11:43

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Konsulluqdan verilən xəbərə görə, öncə şəhərin mərkəzi hissəsindən “Xocalı soyqırımı!!!”, “Cinayətkarlar cəzalandırılsın!!!”, “Xocalıya ədalət!!!” şüarları ilə avtomobil yürüşü keçirilərək aksiya iştirakçıları Ermənistanın Odessadakı Baş Konsulluğu qarşısında toplaşıblar.

Azərbaycanın Ukraynadakı Səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəkləri vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN